Modern.az

"Qarabağda hərbi əməliyyatlar bərpa olunacaq"

"Qarabağda hərbi əməliyyatlar bərpa olunacaq"

7 İyun 2016, 12:01

Erməni əsilli rusiyalı politoloq Karine Qevorkyan Dağlıq Qarabağ münaqişəsinin gələcək perspektivi ilə bağlı yeni proqnoz verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qevorkyan 2016-c ilin avqustunda bölgədə yeni qısa müddətli döyüşlərin olacağını deyib.

 

“Avqust ayında Qarabağda hərbi əməliyyatların başlanması qaçılmazdır. Ermənistan cəmiyyəti buna hazır olmalıdır”.

 

Karien Qevorkyan həmçinin, aprel döyüşlərinin hələ yanvar ayında proqnoz etdiyini bildirib.

 

Onun sözlərinə görə Azərbaycan ordusunda müasir silahlar və türkiyəli hərbi məsləhətçilərin olması onu qorxulu qüvvəyə çevirir.

 

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər