Modern.az

“Bizim dediyimizin arxasında elm durur, Elşad Mirinin isə...” - İlahiyyatçıya CAVAB

“Bizim dediyimizin arxasında elm durur, Elşad Mirinin isə...” - İlahiyyatçıya CAVAB

Mədəniyyət

7 İyun 2016, 12:24

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilahiyyatçı Elşad Mirinin “QMİ İranın dini xəttini əlində bayraq edir” iddialarına cavab verib.

 

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az saytına açıqlamasında deyib ki, təmsil etdiyi qurum yalnız elmi əsaslarla hərəkət edir:

 

“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəsədxanası ilə birlikdə bütün rəqəmlərin hesablanmasında iştirak edir. Biz yalnız Ramazan ayında deyil, bütün il ərzində AMEA ilə əməkdaşlıq edirik.

 

Namaz vaxtlarına dair illik təqvimin çıxarılması, eyni zamanda Ramazan ayında imsakiyə cədvəlinin hazırlanmasını yalnız elmi dəlillərə əsaslanaraq, öz coğrafiyamıza uyğun şəkildə tərtib edirik. Heç bir dövlətin, ölkənin təsiri altına düşməmək üçün biz elmi nəticələrimizə əsaslanırıq”.

 

R.Dadaşova barələrində verilən açıqlamaların qərəzli oldğunu vurğulayıb:

 

“Kim buna başqa rəng vermək istəyirsə, onun şəxsi işi, şəxsi problemidir. Ramazan ayında hər hansı problem yaşanmasın, başqa ölkələrin təqvimi işlədilməsin deyə, biz öz ölkəmizə uyğun koordinatlar, AMEA-nın verdiyi rəqəmlər əsasında imsak və iftar vaxtlarını tərtib edirik. Bizim dediyimizin arxasında elm durur, amma Elşad Mirinin dediyinin arxasında sadəcə bizə qarşı qərəz var”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI