Modern.az

NATO Rusiya sərhədinə 31 min hərbçi yığdı - GƏRGİNLİK

NATO Rusiya sərhədinə 31 min hərbçi yığdı - GƏRGİNLİK

7 İyun 2016, 12:54

Polşada bu gündən etibarən NATO ölkələrinin genişmiqyaslı “Anakonda-2016” hərbi təlimləri start götürüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iyunu 17-nə qədər davam edəcək təlimlərin ssenarisi iki hərbi blok arasında potensial konflikt zamanı baş verəcək hərbi əməliyyatlardan bəhs edəcək.

 

Ekspertlərin fikrincə, təlimlər ilk növbədə Rusiyaya qarşı yönəlib və hərbi ssenari rəsmi Moskvanın Baltikyanı ölkələrə hücumundan bəhs edir.

 

İyunun 7-dən 17-nə qədər davam edəcək təlimlərdə NATO üzvü olan 18 ölkədən 31 min hərbi qulluqçu, 3 min hərbi texnika, 105 təyyarə və 12 hərbi gəmi iştirak edəcək.

 

Təlimlər Rusiyanın Kalininqrad vilayətinə yaxın ərazilərdə keçiriləcək.

 

Vüqar İsmayılov

   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər