Modern.az

Ərdoğandan terror AÇIQLAMASI

Ərdoğandan terror AÇIQLAMASI

7 İyun 2016, 14:14

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İstanbulda 11 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbərinə görə, Ərdoğan  Baş Prokurorluğun təhqiqat apardığını bildirib.

 

“7 polisimiz, 4 mülki vətəndaşımız həlak olub. Terrora qarşı mübarizə sonuna qədər davam edəcək. Bunu çox açıq şəkildə söyləyirəm... Hər şeyin bir bədəli var. İlk insanla başlayan bu mübarizə qiyamətə qədər davam edəcək”,-deyə o bildirib.

 

Qeyd edək ki, Ərdoğan Haseki Tədris və Araşdırmalar Xəstəxanasında terror aktı zamanı yaralanan şəxslərə baş çəkdikdən sonra bu açıqlamaları verib.

 

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər