Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bu günlərdə Barak Obamanı ölkə tarixinin ən pis dövlət başçısı adlandırıb. Modern.az xarici mediaya istinadən bildirir ki, sosioloqların məlumatına görə, indiki prezident bu şübhəli şöhrəti öz dörd varisləri ilə bölüşür.
Gallup sosioloqlarının ABŞ-ın uğursuz prezidentləri ilə bağlı hazırladığı reytinq belədir:
1.Riçard Nikson, ABŞ-ın 37-ci prezidenti (1969-1974-cü illərdə)
1974-cü il avqustun 9-da səlahiyyətlərini vaxtından əvvəl “Uoterqeyt qalmaqalı”na görə dayandırıb. İyunun 17-də “Uoterqeyt” hotelində dinləmə cihazların qurmaqla məşğul olduqlarına görə 5 nəfər saxlanılıb. Bəzi məlumatlara görə, onlar demokratların qərargahında daxili sənədlərin şəkillərini də çəkiblər. “Gallup”un reytinqi – mənfi 41.
2. Oğul Corc Buş, ABŞ-ın 43-cü prezidenti (2001-2009-cu illərdə)
Öz mənasız fikirləri ilə çox məşhurlaşıb. “Biz İraqda kütləvi qırğın silahı tapmışıq. Biz bioloji laboratoriya tapmışıq və zaman keçdikcə onları daha çox tapacağıq. Bizim heç nə tapmadığmızı deyənlərə isə cavab verirəm ki, biz tapmışıq”, - kiçik Buş İraq müharibəsi zamanı lovğa-lovğa bəyan edib. “Gallup”un reytinqi – mənfi 22.
3. Cimmi Karter, ABŞ-ın 39-cu prezidenti (1977-1981-ci illərdə)
Dovşanla bağlı hadisə ilə öz imicini ciddi şəkildə korlayıb. Karter 1979-cu ilin yazında qayıqla balıq ovu zamanı su dovşanına avarla hücum edərək onu öldürüb. “Dovşan qatili” epizodu amerikalıların yaddaşında belə fikri möhkəmləndirib ki, Karter həddindən çox qorxaqdır və öz postu üçün bir qədər qəribə adamdır. “Gallup”un reytinqi – mənfi 13.
4. Cerald Ford, ABŞ-ın 38-ci prezidenti (1974-1977-ci illərdə)
Cerald Ford dövlət başçısı postuna “Uoterqeyt qalmaqalı”na görə araşdırmalarla bağlı Niksonun özünün istefasından sonra gəlib. Beləliklə, o, ABŞ-ın yeganə dövlət başçısıdır ki, nə prezident, nə də vitse-prezident postlarına ümumxalq səsverməsi keçirilmədən nail olub. Təbii ki, bu fakt onun amerikalılar arasındakı populyarlığını artırmayıb. “Gallup”un reytinqi – müsbət 2.
5. Barak Obama, 44-cü prezident (2009-cu ildən vəzifədədir)
Amerikalılar Barak Obamanın liderlik keyfiyyətinə görə məyus olublar. Milyarderlər və ABŞ-dakı orta təbəqənin nümayəndələri ona etimad göstərmirlər.
Modern.az