“Moskva nə "Cənub axını”nından, nə də "Türk axını”nından birdəfəlik imtina etməyib”. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşün nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla belə, Moskva bu məsələlərlə bağlı Avropa Komissiyasından aydın mövqe gözləyir.
“Qara dənizin dibi ilə qazın çatdırılması ilə bağlı ixrac marşrutlarına gəldikdə, Türkiyə ilə siyasi xarakterli çətinliyə görə problem var”, - dövlət başçısı vurğulayıb.
Heç bir layihədən birdəfəlik imtina etmədiklərini xatırladan Putin bir daha vurğulayıb ki, sadəcə, Avropa Komissiyasının aydın mövqeyi lazımdır.
Modern.az