Modern.az

Putin tərcüməyə görə israilli nazirə irad tutdu – VİDEO

Putin tərcüməyə görə israilli nazirə irad tutdu – VİDEO

Dünya

7 İyun 2016, 23:39

 

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında tərcüməçiyə irad tutub. Modern.az Rusiya mediasına istinadən bildirir ki, konfrans zamanı Zeev Elkin İsrailin baş nazirinə verilən sualı rusiyalılar üçün maraqsız hesab edərək tərcümə etməyib.

Vladimir Putin isə qeyd edib ki, tərcüməçinin fikri düzgün deyil.

“Bizim üçün maraqlıdır. Əfsus ki, bizdə ivrit dilində danışan adamlar çox deyil. Ümid edirəm ki, İsrailin yarım milyon rusdilli əhalisi bura qayıdanda, onların sayı artacaq”, - Putin zarafatla deyib.

Sonradan məlum olub ki, Rusiya prezidentindən xəbərdarlıqalan tərcüməçi İsrailin Yerusəlim işləri üzrə naziri Zeev Elkindir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər