Modern.az

“Orucluq bütpərəstlikdə də olub”

“Orucluq bütpərəstlikdə də olub”

Ölkə

8 İyun 2016, 11:43

“Səmavi dinlərdən əvvəl də orucluq olub. Xristianlıqda isə orucluq başqa cür tətbiq olundu. Orucluğun tərtibatı – böyük orucluq, nəyi yemək olar, nəyi olmaz kimi məsələlər xristianlıqda da var. Ancaq İslam dinində buyurulur ki, 1 ay bütün gün ərzində tamamilə yeməkdən, içməkdən imtina edilməlidir. Bu format yeganə olaraq İslam dinindədir”.

 

Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev deyib.

 

Onun sözlərinə görə, Məhəmməd peyğəmbərin zamanında iftardan sonra qadınlarla cinsi əlaqə qadağan olunmuşdu.

 

“Lakin sonradan bu qadağa dəyişdi. Ayə gəldi ki, iftardan sonra kişilər  qadınları ilə əlaqədə ola bilər. Çünki şəhvəti idarə etmək, onu saxlamaq insanların müəyyən mənada imkan xaricindədir. Bu qadağa o zamandan aradan götürüldü, bu gün də qüvvədə qalır”.

 

Rafiq Əliyev hesab edir ki, müsəlman dünyasındakı orucluq İslam dinindən qabaqkı ayinlərdən götürülmədir.

 

“Bir daha vurğulayıram ki, xristianlıq da orucluq olub. Hətta atəşpərəstlik, bütpərəstlikdə də orucluq olub. Amma İslam dinindəki kimi dəqiq tərtibat heç birində olmayıb. İslam dini başqa dinlərin etdiklərini sistemləşdirib, ardıcıllığa salıb”.

 

“Quranda da sabiilərin adı keçir. Sabiilikdə də orucluq olub. Səhv etmirəmsə, sabiilikdəki orucluqla İslamdakı demək olar ki eynidir. Bu barədə nə deyə bilərsiniz” sualına isə alimin cavabı belə olub:

 

“Sabiilərdə orucluq başqa formatda olub. İslam dinində qoyulan qadağalar digərlərində yoxdur. İslam dinində insanı şəhvət hissindən tam  uzaqlaşdırmaq məqsəd götürülüb. Nə yemək, nə içmək, nə də göz zinası olmaz. Orucluq boyunda bütün bunlar insandan uzaq olmalıdır”.

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi