“Ayna” Qaçqın və Məcburi Köçkü Qadınlar İctimai Birliyi ermənilər tərəfindən əsir götürülən azərbaycanlı qadınlarla bağlı kitab hazırlayır.
Bu barədə Modern.az saytına qurumun sədri, sabiq deputat Həvva Məmmədova məlumat verib. O qeyd edib ki, məsələ ilə bağlı xeyli vaxtdır ki, araşdırma aparır: “Ermənilərin qızlarımıza, qadınlarımıza qarşı hansı iyrənc oyunlara əl atdığını hamımız bilirik. Ancaq araşdırmamız zamanı daha dəhşətli faktlar, deyərdim bəşər tarixinin görmədiyi məsələlər üzə çıxır. Biz bütün bunları bir kitab şəklində çap etmək niyətindəyik. Bu kitabın bir neçə dildə çap olunması nəzərdə tutulur. Hesab edirik ki, biz bu kitab vasitəsilə erməni vandalizmini daha açıq şəkildə dünyaya bir daha çatdıra biləcəyik”.
H.Məmmədova qeyd edib ki, kitab ilin sonunadək işıq üzü görəcək.
Modern.az