Modern.az

Vikipediya-da Azərbaycanla bağlı çoxlu yanlış məlumatlar var"

“Vikipediya-da Azərbaycanla bağlı çoxlu yanlış məlumatlar var"

Mədəniyyət

8 İyun 2016, 12:39

Vikipediya-da Azərbaycanla bağlı xeyli sayda yanlış məlumatlar və məqalələr var. Bunu Azərbaycana qarşı ideoloji savaş açanlar edirlər".


Modern.az-ın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Milli Ensiklopediyasının 50 illiyinə həsr olunan tədbirdə söyləyib.

Nazir deyib ki, bu gün Vikipediya-da Azərbaycan haqqında ermənilərin yerləşdirdikləri yanlış məlumatlar çoxdur:

 "Bunun qarşısının alınması üçün işlər gedir. Ensiklopediyalar pulsuz olaraq kitabxanalara paylanılır. Ancaq mən hesab edirəm ki, internet üzərindən də Azərbaycan Milli Ensiklopediyasına giriş olmalıdır"

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal