Modern.az

Mardindəki terrorda ölənlərin sayı 5-ə çatıb

Mardindəki terrorda ölənlərin sayı 5-ə çatıb

Dünya

8 İyun 2016, 20:02

Türkiyənin Mardin vilayətində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.  Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Mardin valiliyi hadisədə 5 nəfərin həlak olduğunu, 51 nəfərin yaralandığını açıqlayıb.  Ölənlərdən ikisi polis, üçü isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır.

Qeyd edək ki, Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum olub. Partlayış nəticəsində polis binasına da ciddi ziyan dəyib.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər