Brandfinance şirkəti ən bahalı futbol brendlərinin siyahısını açıqlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, birinci yerdə İngiltərənin “Mançester Yunayted” klubudur. Onun brendinin dəyəri 1,170 milyard doillardır.
Madridin “Real” klubu ikinci sıradadır. Bu İspaniya klubunun brendinin dəyəri 32 faiz artıb.
İlk onluqda İspaniyanın digər klubu “Barselona” da var. İngiltərənin digər komandası “Mançester Siti”, Almaniya çempionu, Münhenin “Bavariya” klubu, Londonun “Arsenal” , “Çelsi”, “Tttenhem”, Fransa çempionu PSJ , digər ingilis klubu “Liverpul” da bu onluqdadır.
Brendi ən çox yüksələn klublardan biri builki İngiltərə çempionu “Lester”dir. Bu klubun brendinin dəyəri il ərzində 132 faiz artaraq 237 milyon dollara çatıb.
Modern.az