Modern.az

Keçmiş baş məşqçi özünü öldürdü

Keçmiş baş məşqçi özünü öldürdü

Dünya

9 İyun 2016, 13:42

Almaniyanın “Bayer” klubunun keçmiş baş məşqçisi Saşa Levandovski öz evində ölmüş vəziyyətdə tapılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, 44 yaşlı mütəxəssisin özünü öldürdüyü istisna edilmir.

Levandovskinin axırıncı dəfə çalışdırdığı klub Berlinin “Union”u olub. O, fevral ayında bülleten götürüb, martda isə işdə bozarma sindromuna görə öz postunu tərk edib.

Saşa Levandovski 2012/2013-cü il mövsümündə Sami Xyupa ilə birgə “Bayer”ə rəhbərlik edib. O, finlandiyalı mütəxəssis istefaya göndəriləndən sonra Leverkuzen klubunun baş məşqçisi səlahiyyətlərini yerinə yetirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər