Mühacirlərin kütləvi axını almanları ciddi şəkildə təşvişə salıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, parlamentin qapalı iclasında çıxış edən Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bəyan edib ki, ölkədə qapıları sındırmaqla oğurluqlarının sayı artıb.
Onun fikrincə, buna görə xarici oğru qastrollar günahkardırlar. Nazir deyib ki, belələri Gürcüstandan daha çox gəlir. Rusiyada yaxşı tanınan, Almaniyada beynəlxalq quldur dəstələri ilə birləşən belə “qanuni oğrular”ı almanlar tezliklə neytrallaşdırmaq iqtidarında deyillər. berlində başqa yolla gedilməsi qərara alınıb.
Aımaniya hökuməti bəyan edib ki, Gürcüstan olan mütəşəkkil cinayətkarlar ölkə üçün ciddi problemə çevrilib. Məlumatda qeyd edilir ki, oğrular təkcə bu ölkəni yox, bütün Avropa üçün təhlükə mənbəyidirlər. Bu səbəbdən düşünürlər ki, Avropa Komissiyasının təklif etdiyi Gürcüstan, Ukrayna və Kosovo üçün viza rejiminin ləğvi hələ tezdir.
Modern.az