Ermənistan İstintaq Komitəsi körpə satışı ilə bağlı cinayət işi üzrə araşdırmanı davam etdirir. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, iyunun 8-də bu əməldə şübhəli bilinən Yerevan tibb mərkəzinin həkimi Karine Antonyan və tibb bacısı Qoarik Xaçatryan saxlanılıblar.
Bundan əvvəl verilən məlumatda Araqatson vilayətinin Aruç kənd sakinin körpəni Taperakan kənd sakininə satdığı bildirilirdi. Kənd sakinlərinin sözlərinə görə, şübhəli bilinən A.K.nın 3 uşağı var və yeni doğulan övladını böyük uşaqlarına baxmaq üçün satıb.
Bu alış-verişin Qoarik Xaçatryanın vasitəçiliyi həyata keçirildiyi məlum olub. 37 yaşlı K.K. Qoarik Xaçatryana xidməti müqabilində 2 min dollar verib. Yeni doğulan körpə isə 3 min dollar dəyərləndirilib.
Modern.az