Modern.az

Türkiyədə yenə TERROR: 2 ölü, 1 nəfər yaralı...

Türkiyədə yenə TERROR: 2 ölü, 1 nəfər yaralı...

Dünya

9 İyun 2016, 18:06

Türkiyənin Hakkari vilayətində PKK terrorçuları kənd  gözətçilərini daşıyan avtomobili avtomat silahlardan atəşə tutublar. 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, silahlı hücum Şəmdinli rayonundan 13 km məsafədə yerləşən Üzümqıran kəndində törədilib. 

Hücum nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Yaralı gözətçi Şəmdinli Dövlət Xəstəxanasına aparılıb. Həlak olanlar kənd gözətçiləri Ahmethan Demircan və Eshet Yaşıl adlı şəxslərdir.

Türkiyə təhlükəsizlik qüvvələri PKK terrorçularının zərərsizləşdirilməsi üçün bölgədə əməliyyata başlayıblar.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər