Modern.az

Fransada çempionat oyunları açıq havada göstərilməyəcək

Fransada çempionat oyunları açıq havada göstərilməyəcək

Dünya

9 İyun 2016, 20:43

 

Fransada kafe sahiblərinə Avropa çempionatı çətçivəsində keçiriləcək futbol oyunlarını açıq havadakı göstərməklə bağlı qadağa qoyulub. Modern.az xarici mediaya istinadən bildirir ki, bu, təhlükəsizlik məqsədilə edilib.

Avropa çempionatının oyunları iyunun 10-dan iyulun 10-dək keçiriləcək. Turnir çərçivəsində təhlükəsizliyin təmin edilməsi başlıca məsələdir. 2015-ci ilin noyabr ayında Parisdə törədilən bir neçə terror aktı səbəbindən Fransa hökuməti Avropa çempionatı zamanı paytaxtda və digər şəhərlərdə əhalinin açıq havada bir yerə toplaşmasını arzulamır.

İdman işləri üzrə dövlət katibi Terri Brayar da etiraf edib ki, təhlükəsizliyin bərpası üçün kifayət qədər qüvvə olmadığından təşkil olunmamış qrupların bir yerə yığışması arzu olunmur.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər