Mərkəzi Bank qeyri-iş günləri də işləyəcək. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Bakı şəhərində “Formula-1” Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Mərkəzi Bankın iş qrafiki uzadılıb. Qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşurlar Bakı şəhərinin otellərində yerləşdirilib.
Gülşən RAUFQIZI