Modern.az

Məhəmməd Əli dəfn edilib

Məhəmməd Əli dəfn edilib

Dünya

10 İyun 2016, 23:29

 

Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli Luisvill şəhərində dəfn edilib. Modern.az saytı xaric mediaya istinadən xəbər  verir ki, vida mərasimdə 14 mindən çox insan iştirak edib.

Məhəmməd Əlinin cənazəsini boks üzrə keçmiş dünya çempionu Lennoks Lyuis və “Əli” filmində baş rol oynamış aktyor Uil Smit daşıyıb.

Qeyd edək ki, 74 yaşlı əfsanəvi amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də vəfat edib.

Məhəmməd Əli doğulduğu Luisvill şəhərində dəfn edilib. Bildirilir ki, qəbiristanlığa yalnız mərhumun ailə üzvləri və yaxınları buraxılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər