Modern.az

Bir gündə 2 nəfər boğuldu

Bir gündə 2 nəfər boğuldu

Aktual

11 İyun 2016, 12:49

Samux sakini çayda boğulub.

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 10-da Samux rayonunun Qarayeri qəsəbəsində qəsəbə sakini Kamil İlyasov at arabası ilə Qoşqar çayını keçərkən araba aşıb və o, çaya düşərək boğulub. Meyit sudan çıxarılıb.

 

Bundan başqa, iyunun 10-da İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisindəki istirahət mərkəzlərindən birində rayon sakini Ramin Muradov oradakı süni göldə çimərkən boğulub.

 

Hər iki fakt üzrə araşdırma aparılır.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi