Modern.az

Məhəmməd Əlinin naməlum eşq həyatı – FOTOLAR

Məhəmməd Əlinin naməlum eşq həyatı – FOTOLAR

11 İyun 2016, 16:52

Əfsanəvi boksçu Məhəmməd Əli iyunun 10-da doğulduğu şəhərdə dəfn edildi. O, həyatdan köçsə də, rinqdəki döyüşləri ilə boks tarixindəki yerini heç kəsə verməyəcək. Rinqdə fırtınalar törədən Məhəmməd Əlinin şəxsi həyatı da bir o qədər təlatümlü keçirdi.

Modern.az əfsanəvi boksçunun o qədər də məlum olmayan eşq həyatı və izdivaclarını təqdim edir.

 

Uzun illər Parkinson xəstəliyi ilə mübarizə aparan və 74 yaşında Arizonada bir xəstəxanada həyata gözlərini yuman Məhəmməd Əli bununla 4 evliliyini və olduqca qarışıq bir ailə həyatını da geridə qoydu.

 

Əfsanəvi boksçunun keçmiş həyat yoldaşları və uşaqları, son günlərində ona baxan 4-cü xanımı Lonnieyə qarşı iddia qaldırmağa hazırlaşır. Lonnie evlilikləri müddətində Məhəmməd Əlinin hesablarına nəzarəti ələ keçirib və boksçunun Muhammad Jr. Adlı oğlu ilə görüşməsinə imkan verməyib.

 

Əli həyatının son illərində bacısı Marilyn Villiams və 4-ci xanımı Lonniedən daha da çox asılı vəziyyətə düşmüşdü. Əfsanəvi boksçuya xidmət göstərməklə məşğul olan iki qadın, onun həyatını asanlaşdırmaq üçün əllərindən gələn hər şeyi ediblər. Son illər ayaqda dayanmaq üçün belə köməyə ehtiyac duyan boksçu psixologiyasını rahatlaşdırmaq üçün paltarlarını onun sevdiyi tərzdə seçir, yazda Louisvillə, Kentuckdəki evlərinə, qış aylarında isə Scottsdale, Arizonaya qayıdırdı.

 

Məhəmməd Əlinin ilk evliliyi

 

Həyat yoldaşları ona 7 qız və 2 oğul hədiyyə ediblər. Məhəmməd Əlinin nikahdan kənar izdivacdan 2 qızı olduğu da iddia edilir.

 

İlk evliliyini 1964-cü il avqustun 14-dəSonji Roy ilə tanışlıqdan bir ay sonra həyata keçirən Əli, iki il sonra, 1966-cı il yanvarın 10-dadini fikir ayrılıqlarına boşanıblar. Sonji Roi olduqca cazibəli gənc bir qadın idi və ofisiantlıq edərək dolanışığını təmin edirdi.

 

Bundan sonra Əli pərəstişkarı olan model Veronika Porşla 1977-ci il iyunun 19-da ailə qurub. Bu nikahdan iki qızları – Xana və Leyla doğulub. Leyla Əli boks üzrə dünya çempionu titulunu da qazanıb. Əli və Veronika 1986-cı ildə boşanıblar, həmin il noyabrın 9-da isə əfsanəvi boksçu gənclik illərində Luisvilledə dostluq etdiyi İolante Uilyamsla ailə qurub.

 

Xəstələnəndə sevgilisinə baxmaq üçün bir qida şirkətindəki parlaq karyerasını bir kənara qoyan Lonnie, çətin günlərində Əlinin yanında olub. Cütlüyün Məhəmməd adlı 1 uşağı olub.

 

Məşhur boksçu ailəsi Əlinin irsini bölüşdürmək üçün bir-biri ilə amansız mübarizəyə girin. Qardaşı Rəhman boksçun boks əlcəklərindən bir cütünü və digər şəxsi əşyalarından bəzilərini satmaq istənyərkən, həyat yoldaşı Lonnie tərəfindən şikayət edilib və həbs olunub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI