ABŞ prezidenti Barak Obama Orlando ştatındakı atışma ilə bağlı bəyanatla çıxış edəcək. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, prezidentin çıxışı yerli vaxtla saat 13.30-a (Bakı vaxtı ilə 22.30-red.) planlaşdırılıb.
Qeyd edək ki, atışma zamanı 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Kütləvi qırğını törədən əfqan əsilli ABŞ vətəndaşı Ömər Matin öldürülüb.
Modern.az