Modern.az

Tramp müsəlmanları ABŞ-a buraxmamağa ÇAĞIRDI

Tramp müsəlmanları ABŞ-a buraxmamağa ÇAĞIRDI

Dünya

13 İyun 2016, 09:43

"Orlandoda baş verənlər son yox, başlanğıcdır. Bizim ölkə rəhbərliyimiz isə zəif və bacarıqsızdır. Mən bundan əvvəl də müsəlmanlara qartşı qadağaya aid bəyanatlar vermişdim. Biz belə hadisələrə qarşı daha sərt və hazırlıqlı olmalıyıq".

 

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün"Twitter" səhifəsində yazıb.

O, keçən gün Floridada müsəlman amerikalının çoxsaylı ölümlə nəticələnmiş silahlı insident törətməsini vəhşilik və qəddarlıq adlandırıb.

 

Donald Tramp bununla da artıq ikinci dəfə müsəlmanları ABŞ-a buraxmamağa səsləyib.

 

Xatırladaq ki, ötən gün ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" barında terror hadisəsi törədilib.

Florida sakini, ıslən əfqanıstanlı Ömər Martin gecə klubundakı ziyarətçilərə atəş açıb.

 

Nəticədə 50 nəfər ölüb, 53 nəfər xəsarət alıb.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər