Modern.az

TQDK imtahan nəticələrini AÇIQLADI

TQDK imtahan nəticələrini AÇIQLADI

13 İyun 2016, 09:48

Tələbə Qəbuu Üzrə Dövlət Komissiyası TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün keçirdiyi “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini açıqlayıb.

TQDK-dan Modern.az-a verilən xəbərə görə, imtahanda 1096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq məqbul qiymət alıb.

Xatırladaq ki, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7 696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilən imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilib.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu