Modern.az

Quranda “əl kəsmək” deyərkən nə nəzərdə tutulur?

Quranda “əl kəsmək” deyərkən nə nəzərdə tutulur?

13 İyun 2016, 10:34

“Quranda oğurluq edənlərin əllərinin fiziki olaraq kəsilməsi kimi yanlış təfsirlənən bir ayə var. Bu, 5-ci surənin 38-ci ayəsidir”.

 

Modern.az xəbər verir ki, bu barədə ilahiyyatçı alim Nəriman Qasımoğlu bildirib. Onun sözlərinə görə, həmin ayədə əllərin fiziki mənada kəsilib atılması nəzərdə tutulmur.

 

Təlqin edilən isə xüsus əllərin oğurluq əməlindən, yaxud oğurlanan nəsnələrin dəyərində, miqdarında mal-mülkündən üzülməsidir.

 

“İslam şəriətinə gətirilən bu yanlışlığı qısaca izah üçün ayədə işlənən feilin Qurandakı mənasına diqqət çəkməliyəm. Həmin feil "qa-ta-'a" kökündəndir. Ərəbcəni bilənlər üçün deyim, Quranda əllərin fiziki mənada kəsilməsinə dair mənanı həmin feilin 1-ci babı, yəni istinad edilən variantı deyil, 2-ci babı ifadə edir: "qat-ta-'a". Qoşa "ta" hərfi ilə işlənən variantı!

 

Əllərin fiziki mənada kəsilməsinə dair nümunə Oxunun 26-cı surəsinin 49-cu ayəsində verilir: feilin 2-ci babında, qatta'a variantında Fironun əmri ilə həyata keçirilən cəza tədbiri olaraq”

 

Nəriman Qasımoğlu qeyd edib ki, “Yusif” surəsində Yusif  gözəlliyindən çaş-baş qalan qadınlar da əllərini bıçaqla kəsirlər.  Burada da işlənən feil “qa-ta-'a” deyil, qat-ta'a-dır. Bu halda əllərin kəsilib atılması yox, yaralanması baş verir...

 

“Digər yandan, Quranda oğurluğa görə tətbiq edilən tədbir də var.  Yusif peyğəmbərin tədbiri. Həmin əhvalatda əsil oğurluq hadisəsi baş verməsə də, açıqdır ki, peyğəmbər oğurluqda ittiham ssenarisi ilə “həbs” edilən qardaşını cəmiyyətdən müvəqqəti olaraq təcrid edir.

Ərəbcənin yuxarıda qeyd etdiyim Qurandakı qrammatik məntiqi də öz yerində!”.

 

Aqşin KƏRİMOV

 

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi