Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi may ayının 1-nə 1 381,3 mln. manat təşkil edib.
Modern.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu ilk rübün yekunu ilə müqayisədə 4,13% çoxdur.
Təkcə aprel ayında problemli kreditlərin həcmi 54,8 mln. manat artıb.
Bununla belə, ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 127,2 mln. manat və yaxud 8,43% azalıb.
Son bir ildə isə problemli kreditlər 124,7 mln. manat və yaxud 9,92% artıb.
Xatırladaq ki, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı son bir ayda 0,7 faiz bəndi, bu ilin əvvəlindən 0,5 faiz bəndi, illik müqayisədə isə 1,3 faiz bəndi artaraq 7,4%-ə çatıb.
Ağa AKİFOĞLU