Modern.az

Rüstəm İbrahimbəyov Bakıdan danışarkən AĞLADI

Rüstəm İbrahimbəyov Bakıdan danışarkən AĞLADI

Ölkə

13 İyun 2016, 12:49

“Avqustun əvvəllərində Bakıya gəlmək planım var. Hələlik, burda başım bir az qarışıqdır. Amma, Bakıya gəlməyi çox istəyirəm”.

 

Bunu Modern.az saytına açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri  Rüstəm İbrahimbəyov deyib.

 

O, Bakı və mərhum qardaşı Maqsud İbrahimbəyov haqqında danışarkən göz yaşına hakim ola bilməyib.

 

“Axırıncı dəfə Bakıda qardaşım rəhmətə gedəndə oldum. Bakıya gələndə bir başqa əhvalda idim. Qardaşımın ölümünə çox təsirlənirəm. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Moskvada yaşamağıma baxmayaraq, Bakı üçün olduqca çox darıxıram. Bakını yadıma salanda kövrəlirəm”.

 

Rüstəm İbrahimbəyov səhhətində yaranan xərçəng xəstəliyi ilə mütəmadi olaraq mübarizə apardığını da deyib.

 

“Şükürlər olsun ki, səhhətim qaydasındadır. Tez-tez həkim müayinəsindən keçirəm. Həkim nəzarəti altında oluram. Yaradıcılığım da öz qaydasındadır. Yeni filmlər üzərində çalışıram. Bu yaxınlarda Moskva teatrlarında bir neçə tamaşam səhnəyə qoyulacaq”.

 

Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri ərəfəsində öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkilib.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi