Modern.az

İŞİD öz liderinin öldürüldüyünü AÇIQLADI

İŞİD öz liderinin öldürüldüyünü AÇIQLADI

Dünya

13 İyun 2016, 13:25

 

İraq-Şam İslam Dövlətinin (İŞİD) internet saytında terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldüyü iddia edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda məlumatı ərəb mediası da yayıb.

Məlumatda qeyd edilir ki, terror təşkilatının lideri Əl Bağdadi ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya hava hücumları zamanı öldürülüb. Ancaq koalisiya qüvvələri hələ ki bu haqda açıqlama yaymayıb. İŞİD-in  internet saytında isə iddiaları təsdiq edən açıqlama yayılıb.

Həmin açıqlamada qeyd edilir ki, Əbubəkr əl-Bağdadi Ramazan ayınıın 5-ci günündə koalisiya təyyarələrinin Rakkaya doğru hücumunda ölüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər