Modern.az

Ermənilərin Kəlbəcərdə saldıqları yeni kənd - FOTO

Ermənilərin Kəlbəcərdə saldıqları yeni kənd - FOTO

Qarabağ

13 İyun 2016, 13:41

Azərbaycan ərazilərini işğal edən Ermənistan rəhbərliyi Dağlıq Qarabağla yanaşı, ətraf rayonlarda da əhalinin məskunlaşdırılmasını həyata keçirir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, belə kəndlərdən biri Kəlbəcər rayonu ərazisində salınan Nor Qaraçinar (Yeni Qaraçinar) adlı kəndidir.

 

Kənd tikilməkdə olan Vardenis-Ağdərə yolunun kənarında yerləşir.

 

Əsasən Goranboy rayonunun Qaraçinar kəndində yaşamış erməni sakinlər tərəfindən salınmış yeni məntəqədə 44 ailədən 131 sakinin yaşadığı məlumdur.

 

 

Vüqar İsmayılov  

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal