Modern.az

Amerikalı boksçu özünü güllələdi

Amerikalı boksçu özünü güllələdi

Dünya

13 İyun 2016, 13:47

MMA versiyası üzrə amerikalı boksçu Ayvan Koul evliliyinin ildönümünü qeyd edəndən sonra “rus ruletkası” oynayanda tapança ilə başına atəş açıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, qarışıq üslübda döyüşən Ayvan iyunun 11-də səhər saatlarında Dallasdakı evində ölmüş vəziyyətdə tapılıb.

 

KİV-də yayılan məlumata görə, döyüşçü “rus ruletkası” oynayıb. “Mən bu gün ərimi itirdim. O, tapança ilə oynayarkən çox pis qərar qəbul edib və bu, onun həyatı bahasına başa gəlib. Mən sevimli ərimi və ən yaxşı dostumu itirmişəm”, - Ayvanın həyat yoldaşı özünün Facebook səhifəsində yazıb.

 

Koul karyerası ərzində 5 qarşıdurmada iştirak edib və yalnız ikisində qalib gəlib. Onun yarışlarda iştirakı idmançıya yaraşmayan davranışına görə bir il dayandırılmışdı.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər