Ukraynanın Dövlət fiskal xidmətinin rəhbəri Roman Nəsirov hesab edir ki, 2016-cı ildə vergi amnistisiyası elan edilməməlidir. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, onun fikrincə, bu, yanlış siqnal olacaq. Roman Nəsirov bu haqda söhbər İsveç-Ukrayna biznes-forumu zamanı gedib.
“Mən parlamentin komitəsinin iclasında iştirak edəndə vergi kompromisi, bir növ vergi amnistisiyası qəbul edilirdi. O lazım idi, sərhəd qoymaq gərək idi. Ancaq bunu indi həyata keçirmək çox çətindir, ona görə ki, bu fəaliyyət yanlış siqnal olacaq” – o, deyib.
Bununla belə, Dövlət fiskal xidmətinin rəhbəri qeyd edib ki, biznesmenlərlə vergi orqanları arasındakı mübahisələrin məhkəməyə qədər həlli ideyasının tərəfdarıdır.
Roman Nəsirov 1979-cu il matın 3-də Kiyevdə anadan olub. O, millətcə azərbaycanlıdır. Atası Mikayıl Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya gedib və orada ukraynalı qadınla evlənib. Həmin nikahdan doğulan Roman Nəsirov 2000-ci ildə Çerniqov Dövlət İqtisadiyyat və İdarəetmə İnstitunu maliyyə ixtisası üzrə bitirib.
2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq fakültəsinin məzunu olub. Şərqi London Universitetinin (University of East London) maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi var.
2005-ci ildə ABŞ Cantor Fitzgerald / BGC investisiya bankının London ofisində broker kimi işə düzəlib. 2008‑ci ildə Ukraynaya qayıdıb və Concorde Capital-ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edib. 2009-cu ildə “Renaissance” Kiyev filialına rəhbərlik edir.
2014-cü ildən deputat seçilənə qədər “BTQ Paktual Komoditic (Ukrayna)” MMC-nin direktoru olub.
2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.
4 dekabr 2014-cü ildə Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri seçilib.
Modern.az