Modern.az

Ərdoğan Obama və Putini tənqid ETDİ

Ərdoğan Obama və Putini tənqid ETDİ

Dünya

13 İyun 2016, 16:57

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Barak Obama və rusiyalı həmkarı Vladimir Putinlə bağlı düşüncələrini dilə gətirib.

 

 Modern.az Türkliyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Obamaya bəslədiyi ümidlərin doğurmamasından gileylənib.

 

“Obama prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyə edərkən çox ümid dolu idik. Amma təəssüf ki, bizim gözləntilərimiz doğrulmadı. İqtisadi sahədə münasibətlərimiz yaxşılaşmaq yerinə daha da pisləşdi”.

 

Türkiyə prezidenti bunun əsas səbəbinin amerikalıların Suriyada vuruşan və PKK ilə əlaqələri olan YPG-ni dəstəkləməsi olduğunu deyib.

 

Ərdoğan Putinlə münasibətlərini də diqqətsiz qoymayıb.

 

“Bizim Putinlə münasibətlərimiz ölkələrimiz arasında münasibətləri ən yuxarı səviyyəyə çatdırdı. Lakin hər şey Rusiya təyyarəsinin vurulmasından sonra pisləşdi”.

 

Bununla belə, Ərdoğan Rusiya ilə münasibətlərin əvvəlkindən də daha sıx şəkildə bərpa olunacağına ümidini ifadə edib.

 

Vüqar İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər