Ermənistan Səhiyyə Nazirliyinin dövlət agentliyinin rəisi Saro Tsaturyan sağlamlıq ocaqlarına saxta göndərişlərin reallaşdırılması işi çərçivəsində saxlanılıb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu fakt üzrə cinayət işini İstintaq Komitəsi aparır.
Məlumatda qeyd edilir ki, saxlanılanlar arasında Səhiyyə Nazirliyinin daha iki yükəs vəzifəli məmuru da var.
Saxlanılan digər iki nəfər həmin agentliyin Yerevan mərkəzinin rəisi Arsen Sedrakyan və tibbi müayinə və informasiya xidmətinin keçmiş rəisi Samvel Xarazyandır.
Modern.az