Ötən gün axşam saatlarında Fransanın Paris şəhərində növbəti terror aktı baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs Paris yaxınlığındakı İvelin departamentində polis əməkdaşının evinə daxil olaraq onu bıçaqla qətlə yetirib.
Bundan sonra, polisin həyat yoldaşını və 3 yaşlı övladını girov götürən şəxs evi mühasirəyə alan təhlükəsizlik qüvvələrinə İŞİD-ə sədaqət andı içdiyini elan edib.
Danışıqlar nəticə vermədikdən sonra isə evə hücum edən polis terrorçunu öldürüb.
Lakin bundan öncə, İŞİD üzvünün qadını qətlə yetirdiyi aydın olub.
3 yaşlı körpə isə xoşbəxtlikdən hadisədən salamat qurtulub.
Hadisə ilə bağlı prezident Fransua Olland Təhlükəsizlik Şurasının iclasını çağıracaq.
Vüqar İsmayılov