Modern.az

Kerridən Rusiyaya xəbərdarlıq: Əsədlə bağlı səbrimiz tükənəcək

Kerridən Rusiyaya xəbərdarlıq: Əsədlə bağlı səbrimiz tükənəcək

Dünya

15 İyun 2016, 21:43

ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Vaşinqtonun Suriya münaqişəsi və president Bəşər Əsədlə bağlı səbri başa çatır. Modern.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, Rusiya səbrin tükənməz olmadığını başa düşməlidir: “Faktiki olaraq ona görə çox məhduddur ki, Əsəd məsuliyyətə cəlb olunacaq, ya yox”, - Kerri qeyd edib.

ABŞ və Qərb ölkələri, eləcə də Suriya müxalifəti münaqişənin həllini Əsədin president postundan getməsi ilə bağlayır. Onlar təkid edirlər ki, Əsədə ölkənin gələcək həyatında yer yoxdur.

Moskva isə bəyan edir ki, Əsədin gələcəyini və Suriyaya rəhbərlik məsələsini yalnız Suriya xalqı müəyyənləşdirə bilər.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər