Modern.az

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişmədi

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişmədi

15 İyun 2016, 22:19

ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməz saxlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, uçot dərəcəsi 0,25-0,5% səviyyəsində qalıb.

Qeyd edək ki, FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib. İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.

Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.

Xatırladaq ki, hazırki uçot dərəcəsi 2015-ci ilin dekabr ayından Federal Ehtiyatlar Sistemi tərəfindən dəyişməz saxlanılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal