Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini, almaniyalı diplomat Helqa Şmidt sentyabrın 1-dən qurumun baş katibi vəzifəsinin icrasına başlayacaq. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, o bu postda fransız Alen Leruanı əvəz edəcək.
Qeyd edək ki, Helqa Şmidt 2011-ci ildən Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini vəzifəsində çalışıb.
Bildirilir ki, bu il xanım Şmidt İranın nüvə proqramı üzrə danışıqlarda və Rusiya-Avropa İttifaqı münasibətlərinin müzakirəsində fəal iştirak edib.
Modern.az