2016-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 487,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Modern.az saytına verdiyi məlumata görə, neft sektorunda əmək haqqı 2831,8 manat, qeyri-neft sektorunda 431,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 364,7 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 667,2 manat olub.
2016-cı il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 34,0 min nəfər olub, onların 37,8 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250,1 manat olub.
Gülşən RAUFQIZI