Modern.az

Çində torpaq sürüşməsi: 13 nəfər ÖLDÜ

Çində torpaq sürüşməsi: 13 nəfər ÖLDÜ

Dünya

16 İyun 2016, 11:41

Çinin cənubunda Quanjşi Kuanq muxtar bölgəsində, Hunan, Guinçjou və Guanqdonq əyalətlərində başlayan şiddətli yağışlar sürüşməyə yol açıb.

 

Modern.az  xarici KİV-nə istinadən xəbər verir ki, şiddətli yağışların yol açdığı torpaq sürüşmələri nəticəsində 13 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.

 

Daha 30 min insan isə yaşadığı əraziləri tərk etməli olub.

 

Şiddətli yağan yağışlar 20 min hektar ərazinin su altında qalmasına, 1400 evin dağılmasına və 700 evin zərər görməsinə səbəb olub.

 

Bunun Çin iqtisadiyyatında 277 milyon yuan ( 42 milyon dollar) itkiyə yol açdığı bildirilib.

 

Bölgədə itkinlər üçün axtarış işləri davam edir.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər