Rusiyada 472 min Ermənistan vətəndaşı var.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya xidmətinin Yerevandakı nümayəndəliyi məlumat verib.
2016-cı ilin apreli üçün Rusiya ərazisində olan 472 min vətəndaşdan 310 mini kişi, 162 mini isə qadındır.
Bununla da, Ermənistan əhalisinin 17,2%-nin Rusiyada yaşadığı üzə çıxıb.
Son statistikaya görə Ermənistanın 2,9 milyon vətəndaş var.
Vüqar İsmayılov