İranda terrorçulu əleyhinə keçirilən əməliyyat zamanı 12 terrorçu məhv edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, İraqla sərhəddə 2 terror dəstəsi İran ərazisinə keçməyə cəhd göstərib.
Terrorçuların məhvi əməliyyatını İslam İnqilabının Keşikçilər Korpusu kürdlərin peşmerge xalq dəstələri ilə birgə aparıb. Döyüşdə 3 İran hərbçisi də ölüb.
Bu, son vaxtlar İranın şimal-qərbində qeydə alınan ikinci insidentdir. İyunun 13-də həmin ərazidə PKK-nın İran ərazisində terror fəaliyyəti məqsədilə yaratdığı “Pejak” ekstermist qruplaşmasının 5 yaralısı öldürülüb.
Modern.az