Modern.az

İŞİD üzvlərinin sayı AÇIQLANDI

İŞİD üzvlərinin sayı AÇIQLANDI

16 İyun 2016, 18:00

Suriya və İraqda "İslam dövləti" (İŞİD) terror qruplaşması üzvlərinin sayı 2015-ci illə müqayisədə 60% azalıb və hazırda 18-22 min nəfər təşkil edir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan məlumat verib.

 

Onun sözlərinə görə, qruplaşmanın 2015-ci ilin yayında 31 mindən artıq üzvü var idi.

 

İŞİD sıralarının seyrəlməsi döyüşlərdə verdikləri itki və kütləvi fərariliklə əlaqələndirilib.

 

Qruplaşma koalisiya qüvvələrinin hava zərbələri, kürd peşmərgələri, Suriya müxalifəti və Əsəd qüvvələrinin hücumları qarşısında nəzarət etdiyi ərazilərin 20%-ni əldən verib.

 

Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi