Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Co Koks ölkənin şimalındakı özünün seçki dairəsində hücuma məruz qalıb. Modern.az xarici mediaya istinadən bildirir ki, 41 yaşlı qadını güllələyiblər. O, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Uest-Yorkşir qraflığının polsi hadisəyə görə 52 yaşlı kişinin həbs olunduğunu bildirib. Şahidlərin sözlərinə görə, Koks Berstall kəndində iki kişi ilə mübahisə zamanı vurulub. Qadın güllələnəndən sonra bir müddət güclü qan axması ilə yerdə qalıb, sonradan yerli sakinlər təcili yardım çağırıblar. Bundan əlavə, hücum zamanı bir kişinin də xəsarət aldığı bildirilir.
Britaniyanın baş naziri Devid Kemeron özünün “Tvitter” səhifəsində ölkə hakimiyyətinin insidentdən ciddi narahat olduğunu yazıb.
Modern.az