Bu ilin yanvar-may ayları ərzində respublikamıza 2 233 ədəd avtomobil idxal olunub. Modern.az saytı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 13 262 ədəd azalıb. Bu isə avtomobil idxalının 6,94 dəfə azalması deməkdir.
Ölkəyə gətirilən avtomobillərin 32 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 939 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 204 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 58 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Modern.az