Tacikistanın Xatlon vilayətinin Dusta rayonunda sevgili oğlanla qız əl-ələ tutub özlərini 100 metlik hündürlükdən uçuruma atıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, 20 yaşlı oğlan və 16 yaşlı qız hər ikisi yerli sakinlərdir.
Məlumatda qeyd edilir ki, valideynləri qızın yetkinlik yaşına çatmadığı səbəbindən ailə qurmalarına razılaşmayıblat. Bundan sonra sevgililər Umed qışlağına gedərək əl-ələ verib özlərini 100 metrlik hündürlükdən atmaq qərarına gəliblər.
Nəticədə qız aldığı xəsarətlərdən yerindəcə keçinib, gənc oğlan isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Modern.az