Modern.az

"Neft Daşları"ndakı yeni meydançadan qazılmış ilk quyu istismara verilib

"Neft Daşları"ndakı yeni meydançadan qazılmış ilk quyu istismara verilib

İqtisadiyyat

17 İyun 2016, 00:43

"Neft Daşları" yatağında yeni quraşdırılmış 1637A nömrəli estakadayanı meydançada ilk quyu qazmadan sonra istismara verilib. Modern.az SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılmış 2643 nömrəli quyu qazlift üsulu ilə məhsul verib. Quyu 1677-1658 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

 

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal