Avstraliyanın baş naziri Malkolm Ternbull 16 iyunda din xadimləri üçün şam yeməyi təşkil edib.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, baş nazir həmin tədbirdə imam Şeyx Şeydi Al-Suleymanın iştirakından peşman olduğunu bildirib.
Ternbull adıçəkilən din xadiminin vaxtı ilə səsləndirdiyi ekstremist fikirləri əsas gətirərək belə bir qənaətə gəlib.
Belə ki, Al-Suleymanın 2013-cü ildə nikaha qədər qadınların cinsi əlaqədə olmasına görə onlara 100 şallaq cəzası verilməsini tələb etməsi məlum olub. O deyib ki, belə qadınlar cəhənnəmə düşəcəklər.
“Mən bu cür fikirləri ittiham edirəm. Bilsəydim ki, bu adam belə seksual fobiyaya malikdir, onu tədbirə çağırmazdım. Qarşılıqlı hörmət, dözümlülük müvəffəqiyyətin açarıdır”,-deyə baş nazir peşman olduğunu dilə gətirib.
Aqşin KƏRİMOV