Rusiya prezidenti Vladimir Putin sentyabrın 18-də Dövlət Dumasına seçkilərin keçirilməsi barədə sərəncam verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 5 gün ərzində seçki barədə sənəd dərc olunacaq və bundan sonra təbliğat-təşviqat proqramı başlayacaq.
Həmin gün 225 deputat mojaritar, 225 deputat isə proporsional qaydada seçkilərə qatılacaq.
Paralel olaraq, ölkənin 39 regionunun qanunverici orqana, 7 regionda isə qubernator postuna seçkilər də 18 sentyabrda baş tutacaq.
Vüqar İsmayılov