Modern.az

İŞİD 6 hərbçini öldürdü

İŞİD 6 hərbçini öldürdü

17 İyun 2016, 11:08

Terror təşkilatı İŞİD, İraqın Səlahəddin kəndi yaxınlığına etdiyi hücumda 1-i türkmən polkovnik olmaqla 5 mühafizəçini öldürüb.

 

Modern.az xəbər verir ki, İraqın Səlahəddin şəhərinə bağlı Tuzhurmatu bölgəsinin qərbində yer alan Bir Əhməd, Zəngili və Abbud kəndlərinə gecə yarısından sonra İŞİD tərəfindən sürpriz hücum olunub.

 

Adı keçən üç kəndi İraq ordusu və Tuzhurmatu polisi ilə Şiə Haşdi Şabi əsgərləri qoruyurdu.

 

Verilən məlumata görə hücum nəticəsində, atışma bölgəsinə gedən polis rəisi,  türkmən əsilli polkovnik Mustafa Bəyatlının maşın karvanı İŞİD  tərəfindən yerə döşənən bombalarla hədəf alınıb.

 

Kəndlərə edilən atəşlərdə ölən və yaralananların olduğu bildirilib.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi