“Rouz Bar”ın damında açıq havada hovuz açılıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, festivalda Azərbaycan əsilli müğənni Emin Ağalarovun “İsti” mahnısını ifa etdiyi vaxt bütün qonaqlar sinxronçuların şousu başlayan yeni hovuzun ətrafına çağırılıb.
Məlumatda qeyd edilir ki, idmançıların çıxış vaxtı Nikolay Baskov hovuzun kənarında müğənni Anna Lorakla rəqs edərkən gecənin qonaqları gözlənilmədənNikolayı hovuza itələyiblər.
Hovuzda bir neçə dəqiqə vaxt keçirən Basov sudan çıxaraq Anna Lorakı itələməyə cəhd edib, ancaq müğənni canını qurtara bilib. İnsidentə baxmayaraq, hamı Nikolayı alqışlayıb.
Modern.az